Əmək və məşğulluq sahələrində neqativ hallar aradan qaldırılacaq

Əmək və məşğulluq sahələrində neqativ hallar aradan qaldırılacaq

Əmək Məcəlləsi və "Məşğulluq haqqında" qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.  Milli Məclisin Əmək və sosial siyasət komitəsindən "Olaylar"a bildirilib ki, bu dəyişiklik  "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanına uyğunlaşdırılması məqsədini daşıyır. Adı çəkilən sahələrdə proseslərin elektronlaşdırılması və sadələşdirilməsi vətəndaşların rahatlığına, bəzi neqativ halların aradan qaldırılmasına yardımçı olacaq. Artıq təklif olunan dəyişikliklər sözügedən komitədə müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31