Fikrət Məmmədov Cenevrədə korrupsiyaya qarşı mübarizədən danışıb
Fikrət Məmmədov Cenevrədə korrupsiyaya qarşı mübarizədən danışıb
29 Oktyabr 2019 12:04 Sosialİsveçrənin Cenevrə şəhərində Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilib. Qanunun Aliliyi və Antikorrupsiya Mərkəzinin Cenevrədəki Ofisində təşkil olunan tədbirdə qurumun vitse-prezidenti, ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov iştirak edib. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, iclasda beynəlxalq antikorrupsiya tədbirləri, qurumun gələcək fəaliyyəti və digər təşkilati məsələlər müzakirə olunub.Tədbirdə F.Məmmədov tərəfindən çıxışlar edilərək Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı aparılan qəti mübarizə, Azərbaycan brendi olan ASAN xidmətin bu sahədə mühüm fəaliyyəti, ölkəmizin səmərəli beynəlxalq antikorrupsiya əməkdaşlığı, xarici tərəfdaşlarla məlumat mübadiləsi və birgə tədris tədbirləri barədə məlumat verilib, təşkilatın inkişafına dair təkliflər və təşəbbüslər irəli sürülüb və onlar bəyənilib. Səfər çərçivəsində bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilərək antikorrupsiya sahəsində birgə fəaliyyətə dair faydalı danışıqlar aparılıb. Həmsöhbətlərin diqqəti həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə cəlb edilib.