DANX daşıyıcı şirkət qarşısında tələb qoydu
DANX daşıyıcı şirkət qarşısında tələb qoydu
29 Oktyabr 2019 10:57 SosialSərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti 525 saylı marşrut xəttinin daşıyıcısı qarşısında tələb qoyub. Xidmətdən "OLAYLAR"-a bildirilib ki, buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək. Bu avtobuslar 525 saylı marşurt xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq.
Qeyd edək ki, Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksiylə əlaqələndirən 569, Xırdalan şəhəriylə əlaqələndirən 535 saylı marşurt xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31