İstintaq təcridxanasına narkotik keçirmək cəhdinin qarşısı alınıb
İstintaq təcridxanasına narkotik keçirmək cəhdinin qarşısı alınıb
28 Oktyabr 2019 16:00 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə və 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Rüstəmov Xəyyam Həsənqulu oğluna qohumu Bakı şəhər sakini Rüstəmov Tural Yaqub oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın bel nahiyyəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,056 qram narkotik maddə - tiryək aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.