Həyat yoldaşına narkotik maddə ötürmək istədi

Həyat yoldaşına narkotik maddə ötürmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə və 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 və 66.5-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Müalicə müəssisəsində cəza çəkən məhkum İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Sumqayıt şəhər sakini İlyasova Aygün Asif qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman alt paltarında gizlədilmiş 2 ədəd bükülüdə 1,237 qram narkotik maddə - heroin və 0,038 qram psixotrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31