Tapançaya oxşar əşya ilə satıcını hədələyib, köşkü qarət etdi
Tapançaya oxşar əşya ilə satıcını hədələyib, köşkü qarət etdi
28 Oktyabr 2019 14:58 SosialAbşeron rayonunda qeyri-adi quldurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də saat 5 radələrində Xırdalan şəhəri ərazisindəki köşklərdən birinin qarşısında orada işləyən M.Qasımlını tapançaya oxşar əşya ilə hədələyərək 70 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb. Faktla bağlı araşdırma edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31