Avtomobildə pirotexniki vasitələr aşkarlandı
Avtomobildə pirotexniki vasitələr aşkarlandı
28 Oktyabr 2019 14:42 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "BMW 520" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, bu zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.Daha sonra "Nike" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə avtomobilə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticədə nəqliyyat vasitəsinin yük yerində və arxa oturacağın söykənəcəyinin arxasında ümumilikdə, 72 000 ədəd pirotexniki vasitələr aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.