ATU nümayəndəsi beynəlxalq simpoziumda çıxış edib
ATU nümayəndəsi beynəlxalq simpoziumda çıxış edib
28 Oktyabr 2019 14:36 SosialTürkiyənin Antalya şəhərində 6-cı Milli, 5-ci Beynəlxalq Aralıq Dənizi Ətrafı Dövlətlərin Metabolik Xəstəliklər Konqresi, eyni zamanda 1-ci Milli Metabolik və Bariatrik Cərrahi Dietoligiya konqresi və 31-ci Beynəlxalq Bariatrik Klub Simpoziumu keçirilib. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, 20 dövlətdən mindən çox mütəxəssisin qatıldığı tədbirdə Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov da iştirak edib. Ömərov çıxışı zamanı Azərbaycanın səhiyyə sektorunda bu sahənin inkişafı ilə bağlı görülən tədbirlər haqda məlumat verib. Konqresdə həmçinin Milli Elmlər Akademiyasının müxbir üzvü professor N.Bayramov, Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının əməkdaşı E.Abdinov, III cərrahi xəstəliklər kafedrasının əməkdaşı E.Nəbiyeva, həkim-mütəxəssis E.Rzayev, dietoloq T.Zeynalova və İ.Şamilov da çıxış ediblər. T.Ömərov konqresin beynəlxaql işlər üzrə katibi seçilib. Tədbirdə Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan bariatrik cərrahlarına da yer ayrılıb. T.Ömərov bildirib ki, bu dövlətlərdə bariatrik cərrahiyyə yenidir, Azərbaycan yaxın gələcəkdə Xəzəryanı türk xalqlarının dərnək olaraq fəaliyyət göstərməsində köməklik edə bilər.