Allahşükür Paşazadə Avstriyaya səfər edir

Allahşükür Paşazadə Avstriyaya səfər edir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 28-30 oktyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Səfər müddətində QMİ sədri KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən keçirilən bir sıra mühüm toplantılarda iştirak  edəcək. "Olaylar" xəbər verir ki, KAİSİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurasının üzvü olan Şeyxülislam A.Paşazadə ilk öncə KAICIID-in Tərəflər Şurası və Direktorlar Şurasının Mərkəzin yarandığı gündən bəri ilk müştərək iclasına qatılacaq. Birgə iclasdan sonra İdarə Heyətinin 21-ci növbəti sessiyası keçiriləcək, iclasda Mərkəzin son dövr üzrə fəaliyyəti və qarşıdan gələn konfransı müzakirə olunacaq. QMİ sədri A. Paşazadə 30-31 oktyabr tarixlərində keçiriləcək "Sözün Gücü: nifrət nitqinə qarşı mübarizədə dinin, medianın və siyasətin rolu"  adlı beynəlxalq konfransda iştirak edəcək. Burada KAICIID-in beynəlxalq səyləri və Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün  Dinlərarası Platforma və Əməkdaşlıqın birgə dinc yaşama, bərabər vətəndaşlıq və nifrət nitqinə qarşı yönəlik səylərinin müzakirə olunacağı nəzərdə tutulur. Məlumat üçün bildirək ki, Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün Dinlərarası Platforma, bölgədəki müsəlmanlar və xristianlar üçün ilk dinlərarası dialoq platformasıdır. Həmin platforma bölgənin 23 Müsəlman və Xristian dini lideri tərəfindən təsdiqlənmiş " Təsis Sənədi"  ilə formalaşdırılıbr.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31