Əgər seçicilərin bu adama etimadı varsa…

Deputat: "Yaşından asılı olmayaraq aktiv deputatlarla  passiv deputatlar bir-birindən fərqləndirilməlidir"

"Daha çox təcrübəli adamlar var ki, uzun illərdir  qanunvericiliklə məşğuldurlar, onlar daha yaxşı bilirlər. Yəni, qanun layihələrinin hazırlanmasını, qəbul olunmasını, beynəlxalq təcrübəyə əsaslanmasını, digər tərəfdən, müəyyən reallıqları qiymətləndirilməsini onlar daha təfsilatlı və mükəmməl bilirlər". "Olaylar" xəbər verir ki, bunu deyən millt vəkili Tahir Rzayev qeyd edib ki, şəxsən özüm ilk dəfə parlamentə gələndə bir neçə ay tərəddüddə qalıb ki, hansı qanunu necə oxumaq lazımdır, hansı qanuna necə düzəlişlər etmək lazımdır, mətbuata necə çıxmaq lazımdır, televiziyada necə çıxış eləmək lazımdır: "Yalnız müəyyən dövr keçəndən, üzərimdə işlədikdən, proseslə daha yaxşı tanış olduqdan və əxz etdikdən sonra gördüm ki, artıq bunlara müəyyən qaydada yiyələnirəm və ondan sonra başladım sərbəst, müstəqil şəkildə sözümü, fikrimi ifadə etməyə, təkliflər irəli sürməyə və sair. Yəni, mənim təklifim budur ki, yaşından asılı olmayaraq, fəal, aktiv deputatlarla  passiv deputatları jurnalistlər bir-birindən yaxşı fərqləndirsinlər. Burada yaş senzi, yaş fərqi məsələsi olmamalıdır, qabardılmamalıdır. Əgər bu adam öz missiyasını yerinə yetirirsə, seçicilərin ona etimadı varsa, o, ölkənin ictimai-siyasi həyatında fəaldırsa, elə bilirəm belə insanlar seçilməlidirlər. Belə adamlar fərqləndirilməlidirlər. Qaldı ki, yaşlı deputatlar məsələsinə, hər kəs başa düşməlidir ki, insan mütləq yaşlaşmalıdır, bu, həyatın qanunauyğunluğudur. Səhər onlar da yaşlaşacaqlar. Əgər onlar orada böyük nüfuz sahibidirsə və bu nüfuzdan onlar yaşlarına görə qırağa atılmalıdırlarsa, aşağılanmalıdırlarsa, bu, bizim xalq üçün doğru olan yol deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31