İrandan narkotik keçirilməsinin qarşısı alınıb

İrandan narkotik keçirilməsinin qarşısı alınıb

Oktyabrın 17-də  "Astara" dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilib. Dövlət Sərhəd Xidmətindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun üzərindən 97 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.      

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31