Mədəniyyət işçiləri arasında İntellektual Turnirin ikinci mərhələsi
Mədəniyyət işçiləri arasında İntellektual Turnirin ikinci mərhələsi
28 Oktyabr 2019 11:33 SosialAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində regional mədəniyyət idarələrinin və Lənkəran Dövlət Universitetinin mədəniyyət könüllülərinin təmsil olunacağı intellektual turnirin növbəti mərhələsi keçirilib.
Olaylar.az bildirir ki, intellektual oyunun məqsədi gənc mədəniyyət işçələrinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalasdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını inkişaf etdirməkdir. Bundan əlavə, gənclər arasında yoldaşlıq, əməkdaşlıq, dostluq münasibələri və komanda ruhunu formalaşdırması və inkişaf etdirilməsidir.
Turnir Lənkəran Dövlət Universitetində baş tutub, oyunda "Xəzər", Lənkəran, Biləsuvar və Masallı regional mədəniyyət idarələrinin komandaları, həmçinin universitetdə təhsil alan mədəniyyət könüllüləri iştirak edib.
Oyunun ikinci mərhələsində iştirak edən 5 komanda, ənənəvi olaraq, dünya və Azərbaycan mədəniyyətinə həsr olunmuş 24 suala cavab verib.
Turnirin qalibi 24 suala cavab verən Lənkəran Dövlət Universitetinin mədəniyyət könüllülərinin komandası oldu. 2-ci yeri Lənkəran səhər Heydər Əliyev Mərkəzinin "Xəzər" komandası, 3-cü yeri isə Masallı RMİ-nin komandası tutublar.
Qalib komanda sertifikat və həvəsləndirici hədiyyə ilə təltif olundu. Turnirin üçünçü mərhələsinin Gəncə şəhərində, final mərhələsinin isə Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.


