Mərkəzi Elmi Kitabxanaya Azərbaycanın Macarıstandaki səfirliyi kitablar hədiyyə edib

Mərkəzi Elmi Kitabxanaya Azərbaycanın Macarıstandaki səfirliyi kitablar hədiyyə edib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına Azərbaycanın Macarıstandaki Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyevin müəllifi və tərtibçisi olduğu, nəşr etdirdiyi Əhməd bəy Ağaoğluna həsr olunmuş "Türkiyəni duyğulandıran ölüm", "Atatürk və Əhməd Ağaoğlu", "Bəs bizim ziyalılarımız haradadır?" (azərbaycan və rus dillərində), "Xatirələr", "Mən kiməm?", adlı kitablar kolleksiyası səfirin özü tərəfindən hədiyyə olunub.

Olaylar.az xəbər verir ki, kitablar arasında bu il nəşr olunan "Atatürk və Əhməd Ağaoğlu" adlı kitab xüsusi yer tutur. Kitabda Yeni Türkiyənin qurucusu Mustafa Kamal Atatürklə türkçülük fikir axınının öncül nümayəndələrindən biri kimi tanınan böyük soydaşımız Əhməd Ağaoğlu arasındakı münasibətlər araşdırılır.

Kitablar tarixçilər, politoloqlar, türkoloqlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31