Bakı məktəbliləri beynəlxalq yarışlarda

Bakı məktəbliləri beynəlxalq yarışlarda

Ümumi təhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir. "OLAYLAR"-a Baş Təhsil İdarəsindən bildirilib ki, İdarənin tabeliyindəki 183 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zemfira Həsənzadə İspaniyada taekvando idman növü üzrə keçirilən Avropa çempionatında 29 kiloqram çəki dərəcəsində II yerə layiq görülüb. Məktəbli gümüş medal və diplomla təltif olunub.

Vətənə qalibiyyətlə qayıdan digər məktəbli isə 191 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ziya Həsənlidir. Məktəbli Mahaçqala şəhərində keçirilən taekvando idman növü üzrə beynəlxalq yarışda 33-34 kiloqram çəki dərəcəsində II yeri tutub. Ziya Həsənli bu qalibiyyətinə görə gümüş medal və diplomla mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31