Bağlı qapı arxasında kişi meyiti tapılıb

Bağlı qapı arxasında kişi meyiti tapılıb

Bakıda evdə meyit aşkarlanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Əsgərov Tofiq Surxay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31