FHN metroda təlim-məşq keçirib
FHN metroda təlim-məşq keçirib
25 Oktyabr 2019 17:26 SosialOktyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri "Bakı Metropoliteni" QSC-nin "İnşaatçılar" stansiyasında təlim-məşq keçirib.Nazirlikdən "Olaylar"a verilən məlumata görə, təlim-məşqə hər iki dövlət xidmətinin əməkdaşları ilə yanaşı Metropoliteninin işçiləri də cəlb olunublar. Stansiyanın kabel kollektorunda quraşdırılmış işıqforun tənzimləmə droselində baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin məqsədi olub. Tədbirdə şərti yanğın baş verən zaman stansiyanın növbətçisi tərəfindən səs ucaldıcı vasitəsilə yanğının baş verməsi barədə məlumat verilib və metropoliten işçiləri tərəfindən yanğının söndürülməsinə başlanılıb. Sonra FHN-in "112" qaynar xətti"nə yanğın barədə məlumat verilib. Daha sonra DYMX-nin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın avtomobilləri və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş əraziyə gələrək yanğını söndürüblər.