Xəzər rayon sakini su quyusunda boğulub
Xəzər rayon sakini su quyusunda boğulub
25 Oktyabr 2019 16:21 SosialXəzər rayonunda bir nəfər su quyusunda boğulub.Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31