Dəmir yolunda daha bir bədbəxt hadisə

Teplovoz adam vurdu

Teplovoz adam vurdu

Oktyabrın 24-də saat 23:05 radələrində Yevlax-Bərdə mənzilində xəsarətlə nəticələnən hadisə qeydə alınıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, teplovoz Yevlax-Bərdə mənzilinin 31-ci kilometrində hərəkətdə olan zaman Ağdam rayonundan olan 1979-cu il təvəllüdlü Mənsurə Fərhad qızı Quliyeva və 1988-ci il təvəllüdlü Kənan Elbrus oğlu Məmmədov qadağan olunmuş yerdən dəmir yolunu keçmək istəyiblər. Maşinist dərhal səs
siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb.
Xəsarət alan Mənsurə Quliyeva Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31