Ədliyyə Nazirliyi ailə dəyərlərinə dair maarifləndirici tədbir keçirib

Ədliyyə Nazirliyi ailə dəyərlərinə dair maarifləndirici tədbir keçirib

Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyətinin və yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə gənclər arasında ailə dəyərləri haqqında və erkən nikahlara qarşı profilaktik maarifləndirici tədbir keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, tədbirdə Ədliyyə və Səhiyyə nazirliklərinin, Ağsaqqallar Şurasının nümayəndələri, QHT-lər, psixoloqlar, müharibə iştirakçıları, şəhid ailələri, uzun ömür sürmüş nümunəvi ailələr və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin rəsmiləri Reyhanə Kərimova və Səbinə Salmanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə dəyərlərinə verdiyi yüksək qiyməti, cəmiyyətin əsas özəyi olan hər bir ailəyə göstərdiyi diqqət və qayğını xüsusilə vurğulayaraq ailə dəyərlərinin əhəmiyyəti, habelə erkən nikahların törətdiyi fəsadlar haqqında geniş məlumat veriblər.

Həmçinin ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, "Təmiz Dünya" Qadınlara Yardım ictimai birliyinin sədri Mehriban Zeynalova, Mirzə Ələkbər Sabir fondunun təsisçisi və direktoru Sevda Tahirli maraqlı təqdimatlarla çıxış edərək gənclərə ailə dəyərlərindən və erkən nikahlar zamanı üzləşilən problemlərdən bəhs ediblər. Bununla yanaşı, auditoriyaya mövzu ətrafında hazırlanmış slaydlar nümayiş olunub, uzunömürlü ailələrin üzvləri keçdikləri ömür-gün yolu barədə söhbət açaraq gənclərə öz tövsiyələrini veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31