TAM-ın növbəti tədbiri Cocuq Mərcanlıda keçiriləcək

TAM-IN NÖVBƏTİ TƏDBİRİ COCUQ MƏRCANLIDA KEÇİRİLƏCƏK

Vətənə məhəbbət, ilk növbədə dilimizə, milli musiqimizə, tarixi keçmişimizə, folklorumuza sahib çıxmaq, insanların mənsub olduğu dini dəyərlərə, ənənələrə hörmətlə yanaşmaq, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaq məqsədilə "Turan Araşdırmalar Mərkəzi" "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" adlı layihəsinin icrasına başlayıb.

Layihənin icrası məqsədi ilə, cari ilin oktyabr ayının 26-sı saat 12:30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tədbir keçiriləcəkdir.

onnmedia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31