62 minə yaxın şəxs məşğulluq orqanları tərəfindən işlə təmin edilib

62 minə yaxın şəxs məşğulluq orqanları tərəfindən işlə təmin edilib

"Bu ilin 9 ayında  62 minə yaxın şəxs məşğulluq orqanları tərəfindən işlə təmin edilib. Bununla belə, bağlanan əmək müqavilələrinin sayında məşğulluq orqanları tərəfindən işlə təmin edilənlərin payının artırılması üçün səylər gücləndirilməlidir". "Olaylar" xəbər veri ki, bunu deyən Əmək və əhalinin sosial müdafiəsi nazirli Sahil Babayev qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində bu il artıq 3500-dən çox şəxsə kiçik ailə təsərrütaflarını qurmaları üçün aktivlər verildiyini qeyd edən nazir proqramın icrasında həssas qrupların iştirak səviyyəsinin daha da artırılmalı olduğunu bildirib. "İşsizin DOSTu" proqramının bu il 38 min şəxsin ödənişli ictimai işlərlə təminatına imkan verdiyini, həmin işçi qüvvəsinin eyni zamanda, əmək bazarında rəqabət qabiliyyətli peşə bacarıqlarına yiyələnmələri üçün də məqsədyönlü işlərin aparılmasının, bununla bağlı proqramın hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

S.Babayev vurğulayıb ki, DOST xidmətləri, eyni zamanda, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında da bir nümunə formalaşdırıb. DOST mərkəzinə müraciət edən vətəndaşlara burada müraciətlərinə uyğun xidmətlərin operativliyi də artır - bu xidmətlərin vətəndaşa tam çatdırılma müddəti 15 dəqiqəyə enib:"Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda və Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsində də müasir tələblərə uyğun Qəbul Mərkəzləri fəaliyyət göstərir. Nazirliyin qəbul otağında da vətəndaşların qəbulu prosesinin müasir tələblərə uyğun səviyyədə, vətəndaşların rahatlığına cavab verən tərzdə qurulması işləri aparılır və yaxın vaxtlarda bu işlər yekunlaşacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31