500 yalnış əlillik təyinatı ləğv edilib
500 yalnış əlillik təyinatı ləğv edilib
25 Oktyabr 2019 12:48 Sosial"Aparılan araşdırmalar nəticəsində 2500-dək yalnış əlillik təyinatı aşkar edilərək ləğv olunub". "Olaylar" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirli Sahil Babayev deyib. Nazir bəyan edib ki, bu istiqamətdə araşdırmalar davam etdiriləcək. Artıq yeni əlillik təyinatlarının aparılmasına ciddi nəzarətin həyata keçirilməsi tapşırığı verilib. S.Babayev qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərindən bəhs edib, bu il əmək müqavilələrinin sayında artıq 138 min artımın olduğunu, əmək münasibətlərinin leqal müstəvidə qurulması ilə bağlı ciddi monitorinqin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə cari il sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı məbləği 250 manata çatdırılıb və heç bir müəssisədə işçilərə 250 manatdan aşağı məbləğdə əməkhaqqı verilə bilməz. Ona görə bu sahəyə ciddi nəzarət edilməlidir.