Nazir: “ 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığı müəyyən edilib”

Nazir: “ 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığı müəyyən edilib”

"Ünvanlı sosial yardım sistemində təkmilləşdirilmə işləri parılır. Ümumilikdə bu proqramın aztəminatlı ailələrə daha əlçatan olmasının təmin edilməsi və proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur". "Olaylar" xəbər verir ki, bunu deyən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki,  eyni zamanda, sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi işləri aparılır: "Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr vardır ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq. Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31