Bakıda estetik əməliyyat etdirən qadın faciəvi şəkildə öldü

Bakıda estetik əməliyyat etdirən qadın faciəvi şəkildə öldü

Bakıda klinikada 37 yaşlı qadın estetik əməliyyat zamanı ölüb.

Hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən "MedAura" klinikasında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31