Moskvada Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlığa həsr olunan konfrans keçirilir

Moskvada Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlığa həsr olunan konfrans keçirilir

Rusiyanın paytaxtı Moskva şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) birgə təşkil "Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlıq: mənəvi-tarixi ənənələr və müasirlik" mövzusunda beynəlxalq elmi-pratiki konfrans keçirilib. "OLAYLAR" xəbər verir ki, konfransın əsas məqsədi sürətlə qloballaşan dünyada Avrasiya məkanında tarixi kökləri olan ənənə və adətlərin, mədəni irsin qorunmasının yollarını müzakirə etmək, eləcə də bu sahədə indiyə qədər mövcud olan təcrübə mübadiləsinin əsasını qoymaqdır. Tədbiri RDHU-nun prorektoru Irakliy Bolkvadze açaraq iştirakçıları salamlamış, təmsil etdiyi ali məktəbin konfransın ideya və mövzusu ilə bağlı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Daha sonra RDHU prezidenti Yefim Pivovarın, Rusiya Dövlət Dumasi komitə sədri Kalaşnikovun konfrans istirakçılarına təbrik müraciəti oxunub. Konfransın plenar iclasında İƏT Gənclər Forumu ARM-nin İdarə Heyətinin sədri Elçin Əsgərov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Elşad İskəndərov, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru tanınmış politoloq Serqey Markov, AMEA Fəlsəfə İnsan Haqları İnstitutunun müdiri İlham Məmmədzadə, rusiyalı tarixçi, professor Mixail Muxin çıxış edərək, bu münasibətlərin həm mənəvi bağrların saxlanılmasında, həm də regional inteqrasiya proseslərin inkişafı baxımdan vacib olmasını xüsusi qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31