Məktəblilər BMU-da ekskursiyada olublar

Məktəblilər BMU-da ekskursiyada olublar

Oktyabrın 24-də Bakı Beynəlxalq Təhsil Kompleksinin (BBTK) şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar. Ekskursiyanın təşkilində əsas məqsəd məktəbliləri universitet həyatı ilə yaxından tanış etmək olub.

Öncə BMU-nun Təcrübə şöbəsinin əməkdaşı Ceyhun Vəliyev şagirdlərə universitet haqqında geniş  məlumat verib. O, məktəb və universitet arasındakı fərqi izah edərək universitet həyatının önəmli olduğunu diqqətə çatdırıb. 

Olaylar.az-a verilən məlumata görə, sonra şagirdlər universitetin İKT mərkəzi, Texnoparkı, Kimya, Biologiya və digər tədris laboratoriyaları ilə yaxından tanış olublar, həmçinin laboratoriyalarda maraqlı təcrübələri əyani şəkildə izləyiblər.

BBTK-nın müəllimləri və şagirdləri ekskursiyanın təşkilinə görə BMU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31