Ət satanlar vergidən azad olunacaqlar- 4 il müddətinə
Ət satanlar vergidən azad olunacaqlar- 4 il müddətinə
24 Oktyabr 2019 15:58 SosialGələn ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək."Olaylar" xəbər verir ki, bununla bağlı məsələ "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Həmçinin vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətlərini çıxmaq şərtilə, emala göndərilən ətə aid deyil. Bundan başqa, sənəddə quş ətinin satışının ƏDV-dən azad edilməsi ilə bağlı 2017-ci ildən tətbiq edilən qaydanın müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklif olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31