Azəbaycanda daha bir yüksək vəzifəli MƏMUR İŞDƏN ÇIXARILDI

Nazirlər Kabinetinin şöbə müdiri işdən azad edilib.

Bu barədə Nazirlər Kabineti  xəbər verir.

Məlumata görə, Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov tutduğu vəzifəsindən azad edilib.

Hələlik onun yerinə heç bir təyinat olmayıb.

Qeyd edək ki, Nazirlər Kabinetində Aparat rəhbəri, Baş Nazirin köməkçisi, hüquq, humanitar və sosial məsələlər şöbələrinin müdiri, işlər müdiri vəzifələri vakant olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31