Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda
vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəlilabad
rayonunda vətəndaşları qəbul edəcək. Dini Komitədən "OLAYLAR"-a bildirilib ki. qəbul oktyabrın 29-da saat 10:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin tarixdə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Yardımlı rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da rayon sakinləri ilə görüşəcək.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov isə oktyabr ayının 25-də Lerik rayon Mədəniyyət Mərkəzində saat 10:00-da vətəndaşların
müraciətlərini dinləyəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı və Lənkəran bölgəsi üzrə şöbələrinə müraciət etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31