“Homoseksuallar güllələnməlidir" deyən Xalq artisti: Cırıq paltar geyinmək...

Bizi ora dartırlar, bura dartırlar. Nakolkalı adamlar, yaxası cırıq uşaqlar... Cırıq paltar geyinmək, Allahın verdiyi bədəni eybəcər nakolkalarla doldurmaq mədəniyyətdirsə, gedək hamımız məşğul olaq. Məsələ orasındadır ki, bu, ancaq zahiri mahiyyətdir bizim o cavanlarda. Və bunlardan bu gün Füzulini, Nizamini, Sabiri, Mirzə Cəlili bəyənməyənlər var. 

Bu sözləri Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) "Hər şey daxil"də gənclərin geyim tərzləri, xarici görünüşlərindəki dəyişikliklərlə bağlı danışarkən deyib.

Şeyx Əbdül gənclərin cırıq şalvar, tatu "sevdasına" bir halda güzəştə getməyin mümkün olduğunu qeyd edib:

"Bir millətin iki dəyəri var, sözü ilə sənəti. Bunlar əlindən alınandan sonra millətdən nə qaldı ki? Olur "qara camaat", kütlə. Bu dəyərləri bilək, özümüzü tanıyaq, milli kimliyimizi, soy-kükümüzü bilək, sonra nə geyinirsən geyin də!"

Qeyd edək ki, Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) homoseksualların televiziya ekranlarına çıxmağı ilə bağlı mövzuya münasibət bildirərkən "Güllələnmə bərpa olunmalı və belə insanlar mütləq güllələnməlidir. Bu, nəinki Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, ümumiyyətlə, insanlığa zidd haldır. Bizim xalqımız hər zaman digər millətlərə öz qəhrəmanlığı, namusu, qeyrəti ilə dərs verib. İndi 4-5 nəfər geyi buraxıblar cəmiyyətə, onlar da istədiyi kimi davranıb, insanlara mənfi təsir edir. Bütün bu hallar qərəzdir və təxribatdır" fikirləri ilə gündəm olmuşdu.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31