Deputat: “Bu islahatlar idarəetmədə nəsillərin bir-birini uğurla əvəzləməsi kimi də qiymətləndirilə bilər”

Deputat: “Bu islahatlar idarəetmədə nəsillərin bir-birini uğurla əvəzləməsi kimi də qiymətləndirilə bilər”

"Cənab Prezident Baş nazirin iki müavinini işdən azad etdi. Dövlət başçımız özünə və dövlətçiliyimizə xas olan yüksək mədəniyyətlə onları qəbul etdi və fəaliyyətlərinə yüksək qiymət verdi". "Olaylar" xəbər verir ki, bunu YAP-çı deputat, sözügedən partiyanın şöbə müdiri Aydın Mirzəzadə deyib."Prezident idarəetməyə gənclərin irəli çəkilməsinin vacibliyini vurğuladı. Bu, gənclərin potensialından və enerjisindən isitifadə edilməsində dövlətin maraqlı olduğunu, islahatların yeni sima və həyatın yeni tələbləri ilə davam etdirilməsi deməkdir. Bu, həmçinin, idarəetmədə nəsillərin bir-birini uğurla əvəzləməsi kimi də qiymətləndirilə bilər..."-deyə, A.Mirzəzadə sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31