BDU-nun Hüquq fakültəsinin müəllimi beynəlxalq konfransda məruzə ilə çıxış edib
BDU-nun Hüquq fakültəsinin müəllimi beynəlxalq konfransda məruzə ilə çıxış edib
24 Oktyabr 2019 10:18 SosialBakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi h.ü.f.d. Rəvan Səmədov 2019-cu il 10-13 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Mərkəzi Avrasiya Araşdırmalar Cəmiyyətinin 20-ci illik konfransında iştirak etmişdir. Dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrindən, habelə beynəlxalq hüquq müdafiə təşkilatlarından 300-dək nümayəndənin qatıldığı beynəlxalq konfrans Corc Vaşinqton Universitetində təşkil olunmuşdur.
Olaylar.az-a verilən məlumata görə, R.Səmədov Konfransın Avrasiya məkanında hüquqi məsələlərə həsr olunmuş sessiyasında "Beynəlxalq normalarının Azərbaycan milli hüquq sistemində statusu" mövzusunda məruzə ilə çıxış etmişdir. O, məruzəsində beynəlxalq hüquq normalarının, beynəlxalq müqavilələrin milli qanunvericilikdə yeri, onların hüquqi qüvvəsi, habelə insan hüquqlarına dair beynəlxalq sazişlərin Azərbaycan Konstitusiyasına əsasən xüsusi çəkisi, o cümlədən ratifikasiya olunmuş sənədlərin implementasiyasının hüquqi tənzimlənməsi kimi məsələləri təhlil etmişdir. Məruzə maraqla qarşılanmışdır. R.Səmədov məruzəsi ilə əlaqədar ona verilən sualları ətraflı cavablandırmışdır.
.jpg)
.jpg)
.jpg)