Mobil telefonları gizlədərək keçirmək istədi
Mobil telefonları gizlədərək keçirmək istədi
23 Oktyabr 2019 17:06 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "ROVER-45" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 4 ədəd "Samsung Galaxy A 10 S", 4 ədəd "Samsung Galaxy A 20", 3 ədəd "Mi Play" və 2 ədəd "Redmi Note 7" markalı mobil telefonlar aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.