Brüsseldə "Avropada diaspora və media lobbiçiliyi" layihəsi çərçivəsində silsilə tədbirlər keçiriləcək
Brüsseldə "Avropada diaspora və media lobbiçiliyi" layihəsi çərçivəsində silsilə tədbirlər keçiriləcək
23 Oktyabr 2019 16:54 SosialAzərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 4-8-də Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində "Avropada diaspora və media lobbiçiliyi" layihəsinin icrasına başlayır.
ATXƏM-in mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, layihə çərçivəsində Brüssel şəhərində bir sıra silsilə tədbirlər və görüşlər keçiriləcək. Belə ki, noyabrın 4-də Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türkcə Media Birliyi və Gent Türk Ocaqlarının birgə təşkilatşılığı ilə "Turkse Unie Brüksel" mərkəzində "Azərbaycan və Avropa KİV-ləri arasında əməkdaşlıq" mövzusunda dəyirmi masa təşkil olunacaq.
Noyabrın 5-də isə Gresham Belson Hoteldə Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birgə "Azərbaycan diasporu və media; əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları" mövzusunda tədbir keçiriləcək.
Tədbirlərdə "Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarınından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi - mövcud təcrübə və perspektivlər", "Azərbaycan və Avropanın KİV-ləri arasında əməkdaşlığın qurulmasında diaspor təşkilatlarının rolu", "Sosial şəbəkələr və Azərbaycan reallıqları" mövzularında məruzələr dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.
Tədbirlədə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və "Hədəf Global" qrupunun rəhbəri, "Ustad" jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq iştirak edəcəklər.