Beynəlxalq konfransda Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətindən danışılıb

Beynəlxalq konfransda Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətindən danışılıb

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldovada "Şərq tərəfdaşlığı - tədqiqatlar və innovativ əməkdaşlıq" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.

N.Cəlilov konfransda rəsədxana tərəfindən alınmış "FP7" və "Horizon 2020" meqaqrantlarından, onların Azərbaycan elminə verdiyi töhfələrdən danışıb.

Tədbirdə Avropa Komissiyasının və təşkilatın müxtəlif ölkələrdən dəvət olunmuş nümayəndələri iştirak ediblər. Konfransın əsas məqsədi Avropa İttifaqının birgə qrant layihələrinin müzakirəsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31