Suraxanıda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Suraxanıda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Suraxanı rayon Heydər Əliyev Mərkəzi və YAP Suraxanı Rayon Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Olaylar.az xəbər verir ki, tədbiri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açıb. Bildiyimiz kimi, Nəsiminin 650 illik yubileyi münasibəti ilə ölkəmizin rəhbəri cənab Prezident İlham Əliyev bu ili "Nəsimi ili" elan edib. Diqqətə çatdırılıb ki, məhz bu Sərəncamın işığında həm respublikamızda, həm də xaricdə şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.

Sonra Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Nəsimi ili" əlaqədar olaraq Ədəbiyyat İnstitutunda on bir kitabın nəşrinin nəzərdə tutulduğunu və onlardan bir neçəsinin artıq işıq üzü gördüyünü qeyd edib.

Tədbirdə İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun Nəsimi yaradıcılığı ilə bağlı nəşrlərini Suraxanı Rayon İcra Hakimiyyətinə hədiyyə edib.

Tədbir "Nəsimi" filmindən fraqmentlər və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin təqdimatında bədii hissə ilə davam edib. Nəsiminin şeirləri səsləndirilib və muğam ifaçıları qəzəllərini oxuyublar.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31