Daha bir intihar cəhdinin qarşısı alınıb
Daha bir intihar cəhdinin qarşısı alınıb
23 Oktyabr 2019 15:04 SosialBakıda intihara cəhd olub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, hadisə Bakı şəhərinin Nərimanov rayonunda qeydə alınıb. Belə ki, bir nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31