Lansarote Konvensiyasının təsdiqi ölkəmizdə uşaq hüquqlarının daha səmərəli təmin olunmasına xidmət edəcək

Lansarote Konvensiyasının təsdiqi ölkəmizdə uşaq hüquqlarının daha səmərəli təmin olunmasına xidmət edəcək

"2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış "Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının müvafiq bəyanatla təsdiq edilməsi ilə bağlı qanun layihəsinin ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul olunması Azərbaycan dövlətinin üzərinə götürdüyü ali məqsədə - insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinə sadiqliyini bir daha nümayiş etdirir". Ombudsmanın mətbuat xidmətindən "Olaylar"a daxil olan məlumatda bildirilir ki, ölkəmizin uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənəd olan bu Konvensiyaya qoşulması uşaqlara qarşı zorakılığın bütün formaları kimi cinsi zorakılıq ilə mübarizənin preventiv, müdafiəedici, müvafiq cinayət-hüquqi aspektlərinə yönəlmiş tədbirlərin, habelə zərərçəkənlərin reabilitasiyası proqramlarının təkmilləşməsinə və tətbiqinə xidmət edəcəkdir. Ombudsman uşaqların müdafiəsi sahəsində beynəlxalq əhəmiyyətli sənəd olan bu Konvensiyanın təsdiq edilməsi təşəbbüsünə görə ölkə Prezidentinə təşəkkür məktubu ünvanlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31