Ölülər diriləcək? - Alimlərin yeni araşdırması
23 Oktyabr 2019 13:16 SosialBir Amerika şirkəti qeyri-adi eksperimentin aparılması üçün icazə alıb.
ATV.az bildirir ki, "ReAnima" adlandırılan layihə çərçivəsində alimlər beyni ölmüş 20 insanı həyata qaytarmağa cəhd edəcəklər. Eksperiment Hindistan klinikalarında orqanizmin əsas funksiyaları xüsusi cihazların köməyi ilə təmin olunan beyni ölmüş insanların üzərində aparılacaq. "Diriltmə kursu" 6 həftə ərzində davam edəcək. Alimlər diriltməni müxtəlif üsullarla həyata keçirməyi planlaşdırır.
Onların fikirinə görə, 2-3 aydan sonra ilk nəticələri əldə etmək mükün olcaq. Alimlər istisna etmir ki, müalicə sinir hüceyrələrinin regenerasiya proseslərini işə salacaq, sinir sistemi yenidən işləməyə başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31