Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd olunub
Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd olunub
23 Oktyabr 2019 11:52 SosialHüseyn Cavid nəslinin layiqli davamçısı, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri olan Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi tamam olur.
Olaylar.az bildirir ki, bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrol Cavidə həsr olunan anım mərasimi keçirilib.
Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək Ərtoğrol Cavidin həyat yolundan, onun zəngin yaradıcılıq fəaliyyətindən ətraflı bəhs edib.
G.Babaxanlı yubileydən öncəki illərdə də muzey tərəfindən "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" 13 cilddə çoxcildliyin, "Balaman məktəbi" dərsliyi və Ərtoğrol Cavid", "Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları" və "Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri" adlı nəşrlərin çap olunduğunu bildirib.
Tədbir çərçivəsində, həmçinin Ərtoğrol Cavidin zəngin irsini əks etdirən müxtəlif kitablar, sənəd və fotolardan ibarət sərgi də nümayiş etdirilib.