Azərbaycan Fotoqraflar Birliyində "Açıq qapı” günü keçiriləcək

Azərbaycan Fotoqraflar Birliyində "Açıq qapı” günü keçiriləcək

Oktyabrın 26-da Azərbaycan Fotoqraflar Birliyində  ənənəvi "Açıq Qapı" günü keciriləcək.

Olaylar.az bildirir ki, tədbirdə Vəli Şükürov "Gəzdiklərim, Gördüklərim" adlı fotolayihəsini,
İlkin Səlifov "EXORDIUM" adlı ilk foto sərgisi, Nurlan Tahirli World Eco Photo müsabiqəsi və Sibirin ən qədim şəhərləri ilə tanışlıq, Rauf Umud, Şahin Sərkərov, Pəri Arifqızı Kuzey Kıprız Turk Cumhuriyətinə yaradıcılıq foto turu haqda təqdimatlar edəcəklər.
Nemat J. Jahangirov fotoqraflar üçün xüsusi olaraq "Reminis App with AI for Photographers  Meetup-Baku, Azerbaijan" təqdimatını edəcək.
Tədbirin sonunda noyabr ayı üçün aylıq fotomüsabiqə elan olunacaq. Tədbirə həvəskar, peşəkar, fotoqrafiya sənətini sevənləri dəvətlidir.

Qeyd edək ki, iştirak etmək istəyənlər Azərbaycan Milli QHT Forumunun Nəsimi rayonunda yerləşən ofisinə (Nizami kucesi 154 (kohne ile 92), Landmark otelin yani, Aqrar Tedqiqatlar Merkezinin binasi, 2-ci mərtəbə)  yaxınlaşa bilərlər.
Tədbiri Azərbaycan Fotoqrafları Birliyi təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31