“Qobustan-tarixinin daş yaddaşı” adlı layihə həyata keçiriləcək

“Qobustan-tarixinin daş yaddaşı” adlı layihə həyata keçiriləcək

Gənclər və İdman Nazirliyi tərəfindən Qobustan dövlət tarixi-bədii qoruğu dəstəyi ilə  "Qobustan-tarixinin daş yaddaşı" adlı layihə həyata keçiriləcək.

"OLAYLAR"-a GİN-dən bildirilib ki, layihə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə ilə, eləcə də Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarı ilə təsdiq edilmiş "MDB üzv dövlətlərinin 2018-2020-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı"-na uyğun olaraq həyata keçirilən "Yaşıl Planet" Beynəxalq tələbə məktəbi çərçivəsində təşkil ediləcək.

Layihənin məqsədi- xarici qonaqlara Azərbaycan tarixi haqqında məlumat vermək, Qobustanın dünyanın ilk yaşayış məskənlərindən biri olduğunu çatdırmaqdır.

Layihədə qədim dövrə aid  olan mədəniyyət, məişət və ənənələr gənc aktyorlar tərəfindən təqdim ediləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31