Millət vəkili: “Seriala baxıb başlayırlar serialdakı kimi danışmağa”

Millət vəkili: “Seriala baxıb başlayırlar serialdakı kimi danışmağa”

Milli Məclisdə "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı bəzi verilişlərdə zorakılığın təbliğ olunmasını tənqid edən millət vəkili Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var: "Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda 3 dəfə bir seriala baxırlar, başlayırlar dəyişməyə, serialdakı kimi danışmağa. Televiziyalarda bədii şuralar yaradıldı. Bir çoxunun beynindən sovetlər dövründəki bədii şura keçirdi ki, kiməsə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial şəbəkələr var, burada verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndirmə işləri aparılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31