Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib

Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib

Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 8 saylı tam orta məktəbdə Dövlət müstəqilliyi gününə həsr olunmuş Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi, rayon ağsaqqallar şurası və Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə Qarabağ Azərbaycandır adlı bayram tədbiri keçirilmişdir. "Olaylar" xəbər verir ki, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov müstəqilliyimizin tarixi əhəmiyyətindən danışdı. Ulu öndər Heydər Əliyev ölkədə xaos və anarxiyanın, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və mökəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindəndən uğurla davam etdirilir.

Daha Sonra çıxış edən Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Sədri Azər Quliyev Vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib. Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31