Nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumu 30 manata qaldırılıb
Nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumu 30 manata qaldırılıb
22 Oktyabr 2019 15:10 SosialNəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılıb."Olaylar"ın məlumatına görə, bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılıb. Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılıb. Qanun 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.