Azərbaycan bayrağının yerləşdirilmə qaydası dəqiqləşdirildi

Azərbaycan bayrağının yerləşdirilmə qaydası dəqiqləşdirildi

Dövlət bayrağının Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı ilə birgə qaldırılması və ya yerləşdirilməsi qaydası müəyyənləşib. "Olaylar" xəbər verir ki, bu "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanunun 8-ci maddəsinin (Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi) 8.2-ci bəndinə "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı" sözləri əlavə edilir. Təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31