MSK-ya yeni üzv təyin edilib
MSK-ya yeni üzv təyin edilib
22 Oktyabr 2019 13:40 SosialMilli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etmək üçün yeni üzv müəyyən edilib. "Olaylar" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub. Rövzət Qasımovun Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün namizədliyi irəli sürülüb. Layihə səsverməyə çıxarılaraq qəbul edilib və Q. Qasımov Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31