Qusarda yüksək dağlıq ərazidə FACİƏ – AXTARIŞLAR BAŞLADI
22 Oktyabr 2019 11:37 SosialDünən saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində bədbəxt hadisə baş verib.1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31