Mədəniyyət Mərkəzində Müstəqillik günü
Mədəniyyət Mərkəzində Müstəqillik günü
22 Oktyabr 2019 11:34 SosialBakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Əməkdar artisti Mətanət İsgəndərlinin Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş solo konserti keçirilib.
Olaylar.az bildirir ki, tədbirin aparıcısı Humay Muxtarova gələn qonaqları və tamaşaçıları salamlayıb, onları bayram münasibəti ilə təbrik edib. Azərbaycanın dövlət müstəqilliyinin tarixindən və xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən ətraflı məlumat verib.
Sonra Əməkdar artist Mətanət İsgəndərli səhnəyə çıxaraq xalqımızı bayram münasibəti ilə təbrik edib və canlı ifası ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31