Azərbaycan Avropa Şurasının daha bir konvesiyasına qoşulacaq

Azərbaycan Avropa Şurasının daha bir konvesiyasına qoşulacaq

Milli Məclisdə "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə" qanun layihəsinin müzakirə olunacaq. Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsindən "Olaylar"a bildirilib ki, sənəd Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olub. Sənəd  Avropa Şurasının dövlət və hökümət rəhbərlərinin 3-cü Zirvə Toplantısında qəbul edilmiş Fəaliyyət Planına, "İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya, BMT-nin "Uşaq hüquqları haqqında" və "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyalarına, eləcə də digər beynəlxalq hüquq normalarına istinad olunaraq  hazırlanıb."Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurasının Konvensiyası Prezident İlham Əliyevin qərarı ilə verilmiş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunub. Bəyanatda deyilir: Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir.Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə  Konvensiyanın müddəalarının həyata keçirilməsinə (həmin ərazilər işğaldan azad olunanadək) təminat verilmir. Bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu Azərbaycan tərəfi özündə saxlayır və digər Tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31